عربي
Ministry Website
The embassy of Jordan in Baku

Cənab Səfir Ömər Barakat Əl Nahar etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edib

Cənab Səfir Ömər Barakat Əl Nahar etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edib

İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ömər Barakat Əl Nahar etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Görüşdə səfir Al Nahar İordaniya Kralı II Abdullah ibn Əl Hüseynin salamlarını dövlət başçısına çatdırıb. Prezident Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İordaniya Kralına çatdırmağı xahiş edib.

Səfir Əl Nahar Azərbaycan ilə İordaniya arasında uzun illərə bağlı dostluq və qardaşlıq münasibətlərini vurğulayaraq, iki xalqın beynəlxalq çərçivədə ardıcıl olaraq bir-birinə güclü dəstəyini qeyd edib. Prezident Əliyev bu fikirləri dəstəkləyərək və gələcəkdə iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Səfir Al Nahar Bakıda gedən mühüm inkişafa və onun əhalisinin rifahina heyran olduğunu bildirib. Prezident Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə səfirə təşəkkür edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Müzakirələrdə iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi potensialı, o cümlədən turizm, təhsil və digər müvafiq sahələrdə əməkdaşlıq məsələləri də müzakirə olunub.